35 yaşlı rusiyalı futbolçu Andrey Arşavinindördüncü övladı doğulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Qazaxıstanın "Kayrat" klubunda oynayan Arşavin hazırda Türkiyədə təlim-məşq toplanışındadır. O, Rusiyaya fevralın 9-da qayıdacaq. Futbolçu o vaxta qədər xanımı Alisa və yeni doğulan oğlunu görə bilməyəcək.

Qeyd edək ki, A.Arşavinin ilk üç uşağı vətəndaş nikahında yaşadığı Yuliya Baranovskayadandır. Onlar ayrıldıqdan sonra futbolçu uşaqları ilə də əlaqəsini kəsib. Alisanın da ilk ərindən iki uşağı var.

Ötən ilin sentyabrında isə Arşavin və Alisanın toyu olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Tanınmış futbolçunun dördüncü övladı dünyaya gəldi - FOTO
Tanınmış futbolçunun dördüncü övladı dünyaya gəldi - FOTO
Tanınmış futbolçunun dördüncü övladı dünyaya gəldi - FOTO