Paytaxtın Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib.
ARB TV xəbər verir ki, taksi sürücüsü Rəhman Şıxıyevin avtomobilinə əyləşən sərnişin onu bıçaqla hədələyərək cibində olan 219 manat pulunu aparıb.
Zərərçəkənin Suraxanı rayonu 32-ci polis bölməsinə müraciət etməsinin ardından axtarışa başlayan hüquq-mühafizə orqanı əməkdaşları hadisədən cəmi 3 saat sonra quldurluq etməkdə şübhəli bilinən, Ağdam sakini, 34 yaşlı Vasif Qədimovu yaşadığı evdə yatmış vəziyyətdə tapıblar. O, elə baş verənləri də yuxulu xatırlayıb.
Əvvəllər başqasının avtomobilini qaçırdığına görə məhkumluq həyatı yaşayan Qədimov paytaxtın gecə klublarının birində istirahət etdiyini, orada spirtli içki içdiyini və taksiyə əyləşdiyini yadına salsa da, özünün dediyinə görə, sonra baş verənləri hafizəsinə gətirə bilməyib.
Vasif Qədimov - saxlanılan şəxs: "Tanımıram o adamı. Heç nədən xəbərim olmayıb, içkili olmuşam".
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Videonu izləmək üçün şəklə klikləyin:


Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


