57 ölkədən 50-si IV İslam Həmrəyliyi Oyunlarında iştiraklarını təsdiqləyib

57 ölkədən 50-si IV İslam Həmrəyliyi Oyunlarında iştiraklarını təsdiqləyib
11:42 2 Fevral 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ "Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün məsələlər vaxtlı-vaxtında həll olunur". 
"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, hazırlıq prosesində sonuncu addım nəqliyyat sistemi ilə bağlı işlərdir: "Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa variant fikirləşmişik. Daha ucuz və əlverişli vasitə tapılıb. Əsas odur ki, idmançılar razı qalsın". 
Nazir bildirib ki, əsas vəzifələri bütün 57 ölkənin İslamiadada iştirakını təmin etməkdir: "Bütün kompleklərdə işlər gedir. Çatışmayan avadanlıqlar sifariş olunub. Bu gün əsas vəzifəmiz odur ki. 57 İslam ölkəsinin hamısının yarışda iştirakını təmin edək. 50 ölkədən təsdiq cavabı almışıq. 7 ölkənin maliyyə ilə bağlı bəzi problemləri var. Çalışırıq ki, onlara da kömək edək".

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/57-olkeden-50-si-iv-i-slam-hemreyliyi-oyunlarinda-istiraklarini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR