BMT Türkiyənin FETÖ ilə bağlı tələbini qəbul etdi

BMT Türkiyənin FETÖ ilə bağlı tələbini qəbul etdi
14:28 2 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsi Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı Türkiyənin irəli sürdüyü tələbi qəbul edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tələbə əsasən FETÖ ilə əlaqəli təşkilatların BMT-dəki məsləhətçi statusu ləğv edilib.

Qeyri-hökumət təşkilatlarının BMT-nin işlərinə qatıla bilməsi üçün 54 üzvü olan BMT-nin İqtisadi və İctimai Şurasından (EKOSOK) status almalıdır. FETÖ-yə bağlı “Kimsə Yoxmu” dərnəyi 2010, Jurnalistlər və Yazarlar Vəqfi və TUSKON 2012-ci ildən EKOSOK-nun nəzdində məsləhətçi statusu alıb.

Türkiyədə FETÖ-yə bağlı bu təşkilatların BMT-dəki məsləhətçi statusunun ləğvi üçün müraciət edib. Müraciət (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsində qiymətləndirildikdən sonra səsverməyə çıxarılıb. Səsvermədə komitənin 19 üzv ölkəsindən 16-sı Türkiyənin tələbinə dəstəkləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR