"Report"un məlumatına görə, tədbirə gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov qatılıblar.
Eyni zamanda "Formula-1" üzrə Azərbaycan Qran-prisinin rəsmi elçisi Tünzalə Ağayeva və yarışın könüllülər proqramı üzrə rəsmi elçisi Miri Yusif də mərasimdə iştirak edib.
Qeyd edək ki, bu il iyunun 23 - 25-də keçiriləcək Azərbaycan Qran-prisində 3 min könüllünün iştirakı nəzərdə tutulub. Könüllülər proqramına müraciətlərin qəbulu prosesi fevralın sonunda başa çatacaq.