"Nar" ünsiyyət məhdudiyyətli şəxslər üçün təlim kurslarına start verib

"Nar" ünsiyyət məhdudiyyətli şəxslər üçün təlim kurslarına start verib
19:22 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın üçüncü rabitə operatoru olan “Nar” şirkəti, “Uğur akademiyası” və “Asan könüllüləri” tərəfindən həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan “Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçib.
Şirkətdən "Report"a bildirilib ki, layihənin üçüncü mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün rabitə cihazları təmiri üzrə təlim kursları keçiriləcək.
Kurslar rabitə cihazları təmiri sahəsində 5 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaq. Təlim boyu iştirakçı gənclərə mobil telefon təmiri ilə yanaşı, əsas smartfon işləri (format, müxtəlif proqramların yazılması, izləmə-video sistemlərinin qoşulması və s.) öyrədiləcək. “Təlim məktəbi” kurslarının üçüncü mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılıb.
“Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən “Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. Üç ay davam edən layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə - rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilir.
Qeyd edək ki, “Nar” artıq 3 ildir özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində bir çox sosial layihələr həyata keçirən mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edib.





Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/nar-unsiyyet-mehdudiyyetli-sexsler-ucun-telim-kurslarina-start-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR