Ər arvadını öldürdü, gəlinin cənazəsini qadınlar daşıdılar - FOTO

Ər arvadını öldürdü, gəlinin cənazəsini qadınlar daşıdılar - FOTO
12:47 3 Fevral 2017
126 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dünən boşanma ərəfəsində olduğu əri tərəfindən küçədə güllələnərək öldürülən Sinem Metin Şahinin cənazəsini qadınlar daşıyıblar.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, onun cənazə namazı İkitelli Cemevində axşam namazından sonra qılınıb. Sonra onun tabutu məmləkətinə göndərilmək üçün avtobusa qədər aparılıb. Sinemin cənazəsini avtobusa qədər qadınlar daşıyıblar. 

Qeyd edək ki, hadisə ötən gün İstanbulda, gözəllik salonunun yaxınlığında baş verib. Ər xanımı ilə söhbət etmək üçün salondan çıxmasını xahiş edib. Onlar salonun qarşısında mübahisə ediblər. Əsəblərini cilovlaya bilməyən kişi əlindəki silahla Sinemi güllələyib. Qadın hadisə yerindəcə keçinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR