Bakıda futbolçu qayda pozdu, üstəlik yol polisini də təhqir etdi

Bakıda futbolçu qayda pozdu, üstəlik yol polisini də təhqir etdi
15:58 3 Fevral 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda "Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da Əhmədli qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Buna görə də, futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü "Neftçi” futbol klubunun oyunçusu kimi tədim edib. Hadisənın şahidi olan modern.az-ın əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib.

"Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov qış mövsümündən etibarən Elton Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan "Səbail” futbol klubuna transfer olduğunu açıqlayıb.

Futbolçu Elton Yaqublu Modern.az-a açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib: "Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm. Polislə mənim aramda hər hansı insident yaşanmayıb”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda "Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublunun yol polisini təhqir etməsi faktına münasibət bildirib. Polis polkovniki deyib ki, şəxsin futbolçu, mühəndis, yaxud başqa peşə sahibi olmasından asılı olmayaraq polisi təhqir etməsi yolverilməzdir: "Bu bizim mentalitetimizə, xüsusiyyətimizə yaraşmayan bir haldır. Bizim tariximiz, kökümüz var. Ən azından 26 yaşlı azad, demokratik respublikanın vətəndaşı olaraq son illər həyata keçirilən işlərlə qürrələnməliyik. Eyni zamanda bir-birimizə aqressiya ilə yanaşmaq bizə yaraşmaz.

O ki qaldı qaydanı pozan, polisi təhqir edən tanınmış ola, futbolçu ola. Bu iki qat pis haldır. Biri var savadsız bir insanın bu addımı atması, bir də var tanınmış şəxsin belə təhqirə yol verməsi”.

V.Əsədov bildirib ki, polisin cərimə tətbiq etməsini, protokol yazmasını hamı eyni qaydada qəbul etmir: "Bu dünyanın hər yerində belədir. Cinayətkar polisi sevmir, eyni zamanda intizamsızlığa meylli olan sürücü də yol polisini sevmir. Etirazı söyüşlə ifadə etmək olmaz. Necə olur ki, yol polisi ilə bağlı hansısa neqativ hal olanda o dəqiqə ictimailəşdirirlər. Qoy polisə qarşı haqsızlığı da ictimailəşdirsinlər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR