"Dani uzun müddət oynaya bilməyəcək" - Qurban Qurbanov

"Dani uzun müddət oynaya bilməyəcək" -   Qurban Qurbanov
17:27 3 Fevral 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

“Çox vacib qələbə qazandıq, ağır oyun oldu. İlk dəqiqələrdən oyunu ələ ala bilmədik. Rəqib həddindən artıq yaxşı müdafiə olunur”.


Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 16-cı turunda AZAL-a qalib gəldikləri oyundan sonra keçirilən mətbuatı konfransında deyib.


O, zədə səbəbindən oyunu yarımçıq tərk edən Dani Kintanın durumunun ciddi olduğunu bildirib: “Dani uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Futbolçu meydana uyğunlaşa bilmədiyi üçün zədə aldı. Belə hallar futbolda hər zaman baş verir. Onun yoxluğu bizim üçün ciddi zərbədir. Gözlənilməz zədələr planlarımıza təsir edir, bizə problem yaradır. Sabah Daninin son durumu müəyyənləşəcək”.


Q.Qurbanov komandasının son iki oyunda qol buraxmasından danışıb: “Qol buraxırıqsa, deməli, diqqətsizlik olur. Hər oyunda qol buraxmamaq da çətin olar. Bu gün rəqibə cəmi bir şans verdik, ondan da istifadə etdilər. Futbol elə bir vəziyyətə çatıb ki, istənilən komandadan qol buraxa bilərsən. Amma bundan sonra diqqətli olmalı, səhvlər etməməliyik”.(qol.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdani-uzun-muddt-oynaya-bilmyckquot-t56034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR