ATƏT sədri: “Münaqişə zonalarındakı insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına çalışacağam"

ATƏT sədri: “Münaqişə zonalarındakı insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına çalışacağam"
23:27 3 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 3 fevral. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədri Kurts Sebastianın Gürcüstana səfəri başa çatıb.
"Report" xəbər verir ki, Tbilisidən Moldovaya gedən ATƏT rəsmisi səfərin yekunlarına dair bəyanatla çıxış edib.
O, ATƏT-in sədri kimi fəaliyyəti dövründə münaqişə regionlarındakı insanların yaşayış şəraitinin yaxşılaşmasına çalışacağını bildirib.
"Bu bizim qarşımıza qoyduğumuz məqsədlərdən biridir”, - deyə Kurts əlavə edib.
Avstriyanın xarici işlər naziri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün əlindən gələni edəcəyini bildirib.
S.Kurts deyib ki, Avstriyanın quruma sədrliyi dövründə bu regionlardakı insanların həyat şəraitinin yaxşılaşdırılması, ATƏT-in iştirakının gücləndirilməsi və münaqişə tərəfləri arasında dialoqun yaxşılaşdırılması əsas prioritetlərdən olacaq.
Sebastian Kurts fevralın 3-də Gürcüstan Prezidenti, Baş naziri və xarici işlər naziri ilə bir sıra görüşlər keçirib, Abxaziya və Cənubi Osetiyada, eləcə də Cənubi Qafqazda mövcud olan digər ölkələrdəki həll olunmamış münaqişələr məsələsini müzakirə edib.
ATƏT sədri Şavşvebi rayonunda məskunlaşmış məcburi köçkünlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-sedri-munaqise-zonalarindaki-insanlarin-yasayis-seraitinin-yaxsilasdirilmasina-calisacagam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR