Bakıda marşrut avtobusunun sürücüsü bıçaqlanıb

Bakıda marşrut avtobusunun sürücüsü bıçaqlanıb
10:22 4 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtobus-surucusu-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR