"Hər xırda epizoda görə söz-söhbət olacaqsa, onda futbol oynamayaq"

"Hər xırda epizoda görə söz-söhbət olacaqsa, onda futbol oynamayaq"
13:17 4 Fevral 2017
29 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ" səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

Milli.Az sportal.az-a istinadla xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu İlqar Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda nə deyə bilərsən?

- Mövsümün ən çətin oyunlarından birini oynadıq. Meydança amili öz sözünü deyir. Özünüz də gördünüz ki, Dani Kintana durduğu yerdə ciddi zədə aldı. Bu qazonda qaçmaq yox, yerimək də ağırdır.

- Matçda çıxmamışdan öncə meydançanın durumunu göz önünə almışdınız?

- Əlbəttə. Bu, bizi hər oyundan öncə düşündürür. Bura gələndə fikirləşirik ki, həm rəqibə, həm də meydançaya qarşı mübarizə aparacağıq.

- "Qarabağ" ilk 30 dəqiqə ərzində AZAL-ın qapısı qarşısında ciddi təhlükə yarada bilmədi. Bu, nə ilə bağlıdı?

- AZAL asanlıqla təslim olacaq komanda deyil. Yaxşı baş məşqçiləri var. Taktiki baxımdan bizi savadlı bağlamağı bacarırldılar. Biz isə səbrlə şans, məqam axtarırdıq. Belə oyunlarda gözəl oyun nümayiş etdirmək vacib deyil. Vaciq olan qələbə qazanmaq idi ki, onu da bacardıq. Uşaqlar çox vuruşdular, əzmkar oyun nümayiş etdirdilər.

- Riçard Almeydanın yoxluğunda əsas yük Dani Kintanın üzərinə düşürdü ki, o, oyunun əvvələrində zədələndi. Onun meydanı tərk etməsindən sonra qələbə qazanacağınıza ümidiniz qalmışdı?

- Bütün futbolçularımız komanda üçün önəmlidir. Biz komanda şəklində çalışdıq və qələbə qazandıq. Kaş ki, uduzaydıq, amma Dani ciddi zədə almayaydı.

- Qələbədə rəqibin futbolçusunun qırmızı vərəqə almasının rolu oldu? Nəzərə almaq lazımdır ki, həmin ana qədər AZAL hesabda öndə idi...

- Düşünmürəm. Çünki üstünlük bizdə idi. Futboldu, qələbə də qazana bilərdi, məğlub da ola bilərdik. Sıx oynayırdıq. Həmin epizodda rəqib məni itələdiyi üçün epizodu görə bilmədim.

- Ötən tur "Nefçti" ilə oyunda mübahisəli epizodlar olmuşdu. Bu gün də rəqib futbolçunun qırmızı vərəqə aldığı epizoddan danışılır, orda qayda pozuntusu olmadığı deyilir...

- Hər oyunda belə hallar olur. Hakimlərimə güvənmək lazımdır. Futbolçu da, hakim də səhv edə bilər. Mənim narazılığm yoxdur. Hər xırda epizoda görə söz-söhbət olacaqsa, onda futbol oynamayaq da.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR