"Milan" Donnarummaya əvəzləyici tapdı

"Milan" Donnarummaya əvəzləyici tapdı
15:47 4 Fevral 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

"Milan" qapıçısı Canluici Donnarummanı itirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc qolkiperin yayda klubunu dəyişməsi istisna deyil.

Fevralın 25-də 18 yaşı tamam olacaq Donnarumma məhz ondan sonra ilk peşəkar müqaviləsinə imza ata biləcək. Futbolçunun meneceri Mino Rayola yeni müqavilə məsələsində "rossonyerlər"dən təklif almadıqlarını və klub rəsmiləri ilə görüşmədiklərini söyləyib. Əgər "Milan" onunla yeni sözləşmə imzalamasa, İtaliya millisinin üzvü yayda havayı gedə bilər. Onun xidmətində isə "Yuventus" və "Real" yaxından maraqlanır.
 
Bütün bunları nəzərə alan "Milan" rəhbərliyi Donnarummaya əvəzləyici də tapıb. Gənc qolkiper başqa komandaya keçmək fikrinə düşsə, italyanlar "Mançester Siti"də heç də yaxşı günlərini keçirməyən 33 yaşlı Klaudio Bravonu transfer etməyə çalışacaqlar.
 
Qeyd edək ki, Klaudio Bravo "Mançester Siti"yə mövsümün əvvəlində "Barselona"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR