Latviya Rusiya ilə sərhəddə 23 km-lik hasar inşa edib

Latviya Rusiya ilə sərhəddə 23 km-lik hasar inşa edib
02:02 5 Fevral 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 fevral. REPORT.AZ/ Latviya ölkəyə qanunsuz girişin qarşısını almaq üçün Rusiya ilə sərhəddə uzunluğu 23 kilometr olan hasar inşa edib.
"Report" "Delfi"yə istinadən xəbər verir ki, bu barədə Latviyanın Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Yevgeniya Poznyak məlumat verib.
"Hasarın tikintisi üzrə işlər 2015-ci ildə başlanıb və bunun 2019-cu ilədək yekunlaşdırılması planlaşdırılır. Hazırda sərhəd boyu 65 km. uzunluğunda zolaq təchiz edilib, həmçinin 23 km. uzunluğunda hasar quraşdırılıb", — deyə o əlavə edib.
Poznyak, həmçinin qeyd edib ki, 2017-ci ildə sərhədlərin qaydaya salınması üçün 6,3 mln. avro ayrılıb. Vəsait minimal hündürlüyü 2,7 metr olacaq 60 km-lik hasarın tikintisinə və 150 km. uzunluğunda olan sərhəd zolağının təchizatına gedəcək.
Ümumilikdə 276 km-lik Rusiya-Latviya sərhədində təbii maneənin olmadığı sahələr (193 km) hasarlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/latviya-rusiya-ile-serhedde-23-km-lik-hasar-insa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR