Yeni vəd: avrodan imtina edirik!

Yeni vəd: avrodan imtina edirik!
12:32 5 Fevral 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada sağ yönümlü partiya "Xalq cəbhəsi"nin lideri Marin Le Pen prezidentlik kampaniyasına başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o, seçkiqabağı proqramında 144 vəd verib. Onun vədləri arasında avrozonadan çıxmaq, NATO sıralarını tərk etmək, əcnəbi işçi qüvvəsindən istifadəyə görə vergiləri, bəzi sosial yardımları artırmaq, pensiya yaşını aşağı salmaq var.

Le Pen qalib gəldiyi təqdirdə Fransa vahid valyutadan imtina etməsə, o, Fransada Avropa Birliyindən çıxmaqla bağlı referendum keçiriləcəyini bildirir.

"Xalq cəbhə"sinin lideri özünü qloballaşma tərəfdarı olan siyasi rəqiblərindən daha vətənpərvər sayır.

Fevralın 5-də Marin Le Pen prezidentliyə namizəd kimi ilk nitqini söyləyəcək.

Son sorğulara görə, o, aprelin 23-də keçirilən birinci turda səslərin çoxunu toplaya biləcək, ancaq mayın 7-də keçiriləcək ikinci turda onun qalib gələcəyi inandırıcı görünmür.

2012-ci ildə keçirilən seçkilərdə Marin Le Pen seçicilərin 18 faizinin səsini toplamaqla 3-cü yeri tutmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR