"Report"un məlumatına görə, bu barədə yerli "Prensa Libre" portalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, vertolyot aeroportun əsas uçuş-enmə zolağı yaxınlığında yerə düşüb. İlkin məlumata görə, təyyarə xüsusi şirkətə məxsus olub.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.
Qəza ilə əlaqədar Qvatemalada beynəlxalq reyslər digər aeroportlara yönləndirilib.