Bu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq və liderlər meydana çıxacaq.
İkinci pillənin sahibi "Qəbələ" doğma meydanda autsayder AZAL-ı sınağa çəkəcək. Liderdən cəmi bir xal geri qalan meydan sahibləri autsayderlə matçda yalnız qələbəyə ümid edəcək. “Qəbələ” öz meydanında oynadığı ilk matçda qalib gəlmiş, Bakıdakı görüşdə isə xal itirmişdi. Roman Qriqorçukun yetirmələri bunun təsadüf olduğunu sübut etmək üçün əllərindən gələni edəcəklər. Ukraynalı çalışdırıcı bir matç cəzalı olduğu üçün görüşü tribunadan izləyəcək. AZAL isə ötən tur “Qarabağ”la matçda olduğu kimi bu oyunda da iddialı rəqibinə qarşı müqavimət göstərməyə çalışacaq.
Turnir cədvəlinin zirvəsində qərarlaşmış "Qarabağ"ı da asan sınaq gözləyir. Qurban Qurbanovun komandası ötən mövsümün gümüş mükafatçısı, 2017-ci ilə 2 qələbə ilə başlayan “Zirə”ni qəbul edəcək. Amma ardıcıl 5 dəfə rəqibini eyni - 2:0 hesabı ilə yenən əyalət klubunun paytaxt təmsilçisi ilə görüşdə xal itirəcəyi az qala mümkünsüz görünür. Buna baxmayaraq, Ayxan Abbasovun yetirmələri sensasiyanı gerçəkləşdirməyə iddialıdı.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVII tur
8 fevral
15.00 Qəbələ - AZAL
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.
17.30 Qarabağ - Zirə
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şaiq Həmidov.
"Azersun Arena".
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
16 |
11 |
3 |
2 |
29:8 |
36 |
|
|
2 |
Qəbələ |
16 |
10 |
5 |
1 |
32:8 |
35 |
|
|
3 |
İnter |
16 |
7 |
8 |
1 |
27:15 |
29 |
|
|
4 |
Zirə |
16 |
6 |
3 |
7 |
14:16 |
21 |
|
|
5 |
Sumqayıt |
16 |
4 |
7 |
5 |
16:31 |
19 |
|
|
6 |
Kəpəz |
16 |
3 |
6 |
7 |
11:18 |
15 |
|
|
7 |
Neftçi |
16 |
3 |
1 |
12 |
10:32 |
10 |
|
|
8 |
AZAL |
16 |
1 |
5 |
10 |
8:29 |
8 |
|
|
Bombardirlər |
Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7. |
|||||||
Fanat.Az