O, fevralın 2-də Qətər çemionatının XIX turu çərçivəsində keçirilmiş və 1:1 hesablı heç-heçə ilə nəticələnmiş "Əl-Sədd" - "Əl-Şahaniya" görüşündən sonra QFA-nın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün cəzaya məruz qalıb. Aparılacaq araşdırmadan sonra Həmid İsmayıl barədə yekun qərar veriləcək. Lakin "Əl-Sədd" klubunun xahişi ilə o, İranda "İstiqlal"a penaltilər seriyasında 3:4 hesabı ilə uduzduqları Asiya Çempionlar Liqasının təsnifat oyununda iştirak edib.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 9-da Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək. Doha şəhərində yerləşən “Jassim Ben Hamad” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.