"Report" xəbər verir ki, ABŞ-ın gənclər yığmasının baş məşqçisi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmanı turnir oynayacaq 20 futbolçu siyahısına daxil edib.
Yarış 17 fevral – 5 mart tarixlərində Kosta-Rikada keçiriləcək.
Yurgen Klinsman ABŞ yığmasını 2011-ci ildən çalışdırıb və 2016-cı ildə istefaya göndərilib.