Honkonqda metro stansiyalarının birində törədilmiş yanğın nəticəsində 15 nəfər xəsarət alıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə naməlum şəxsin "Molotov kokteyli" yandırması nəticəsində baş verib.

Hazırda qatarların həmin stansiyadan ara vermədən keçdikləri bildirilir. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az