Bu günlərdə Buzovnada "ALI FIGHT CLUB" KİKBOKSİNQ Klubun açılışı mərasimi olub.
Milli.Az xəbər verir ki, klubun açılışında çıxış edən AKF prezidenti, millət vəkili Adil Əliyev klub rəhbərliyini təbrik etdikdən sonra xeyir-duasını verib:
"Artıq bu cür klubların açılışı ənənə halını alıb. Məqsədimiz vətənimiz üçün vətənpərvər gənclərin yetişməsidir. Bu işlərin nəticəsidir ki, bu gün yüzlərlə kikboksçumuz ordu sıralarında xidmət edirlər".
Milli.Az

