"Report" "Reuters"ə istinadən xəbər verir ki, Ağ Evdən bu vəzifəyə istefada olan general Kit Kelloqqun təyin edildiyi bildirilib.
Qeyd edək ki, D.Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqələrinin olması haqqında məlumatların yayılmasından sonra istefa ərizəsini yazıb.
M.Flinn istefa ərizəsində ABŞ vitse-prezidenti Mayk Pensə S.Kislyakla əlaqələri haqqında tam məlumat vermədiyini qeyd edib.