"Bozbash Pictures" komandasının birlikdə ərsəyə gətirdiyi "Stalinin başı" adlı filmin yeni treyleri çıxıb.
Publlika.az xəbər verir ki, filmdə Şəmi obrazını canlandıran İlkin Həsəni rəsmi treyleri sosial şəbəkədə paylaşıb.
Məlumat üçün bildirək ki, quruluşçu rejissorluğunu Emil Abdullayevin etdiyi filmin çəkilişləri həm Azərbaycanda, həm də Gürcüstanın tarixi Qori şəhərində aparılıb. Ekran işində İlkin Həsəni ilə yanaşı Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıb. Tammetrajlı macəra komediyası olan "Stalinin başı" martın əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.
Film "İLK Media" və ATV-nin birgə istehsalıdır.
Aytən