"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə fevralın 4-də rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbənin sakini 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu girən naməlum şəxslər ev sahibini yerə yıxaraq əlləri ilə bağmaq istəyiblər.Lakin, bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.