Bakı-Tbilisi-Bakı dəmir yolu biletləri ucuzlaşa bilər

Bakı-Tbilisi-Bakı dəmir yolu biletləri ucuzlaşa bilər
16:37 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Bakı beynəlxalq sürət sərnişin qatarında gediş haqları azaldıla bilər. 
"Report"un əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC bu məqsədlə Gürcüstan tərəfinə müraciət edib. 
Belə ki, dəmir yolunda tariflər İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Son vaxtlar milli valyutanın dəyərdən düşməsi Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşımanın baha olmasına gətirib çıxarıb. Bahalaşmasının qarşısını almaq üçün qonşu ölkəyə tariflərin azaldılması üçün müraciət edilib. Aprelin 1-dən bu istiqamət üzrə gediş haqlarının dəyişəcəyi gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-tbilisi-baki-demir-yolu-biletleri-ucuzlasa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı