"Azercell"in abunəçilərinin sayı 4,5 mln.-u ötüb

"Azercell"in abunəçilərinin sayı 4,5 mln.-u ötüb
17:32 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" MMC-nin abunəçilərinin ümumi sayı 2016-cı ilin sonuna 4,5 mln.-u ötüb. 
"Report" xəbər verir ki, bunu bu gün "Azercell"in 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
O bildirib ki, hesabat dövründə şirkətin korporativ müştərilərinin sayında da artım olub: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı araşdırmalara görə, bu gün "Azercell Telecom" ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. Bu gün üçün "Azercell" təqdim etdiyi mobil internetin 4G şəbəkəsi 84,1% gücləndirib. Nəticədə, şirkətin abunəçiləri arasında mobil internetdən istifadə həcmi son bir il ərzində 14 dəfə artıb. Bununla belə, "Azercell"in şəbəkəsi ölkə ərazisinin 99,8%-ni əhatə edir".
V.Mürsəliyev onu da qeyd edib ki, "Azercell"in ayda 200-ə yaxın abunəçisi nömrələrini digər operatorlara keçirir: "Lakin nömrə daşıyan abunəçilərin bir çoxu bir müddət sonra yenidən nömrələrini bizim mobil operatora daşıyır. Dünyada baş verən devalvasiya ilə əlaqədar bir çox tanınmış dünya şirkətləri ilə yanaşı "Azercell"in də ötən il xərcləri 10-15 mln. manat artıb".





Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-in-abunecilerinin-sayi-4-5-mln-u-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR