"AnTuTu" şirkəti cari ilin 31 yanvarına olan vəziyyətə görə ən güclü mobil qurğuların reytinqini dərc edib. Ən azı 2000 testdən keçmiş modellər reytinqə daxil edilib. Maraqlıdır ki, yeni statistika 2016-cı il üzrə ən məhsuldar qurğuların reytinqindən bir qədər fərqlənir. Məsələn, "Android" mobil əməliyyat sistemi ilə işləyən ən güclü smartfonların top onluğunda yalnız Çin istehsalçılarının cihazları yerləşib, hərçənd bu yaxınlarda beynəlxalq brendlərin modelləri reytinqdə ön pillədə yerləşmişdilər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "AnTuTu" şirkətinin versiyasına görə, orta hesabla təxminən 163 min xal toplamış "OnePlus 3T" ən güclü "Android" smartfonudur. "LeEco Le Pro3" smartfonu (159193 xal) ikinci, "ZUK Edge" (156202 cxl) isə üçüncü yeri tutublar. Sözügedən reytinqdə dördüncü və beşinci yerləri tutmuş "Smartisan M1" və "Smartisan M1L" qurğuları yeni modellərdir.
"iOS" sistemi ilə işləyən qurğuların reytinqində qeyri-müəyyən səbəblərdən "AnTuTu" testində 195 min xal toplamış 12,9 düymlük "iPad Pro" qurğusu yoxa çıxıb. Beləliklə, indi "AnTuTu" şirkətinin versiyasına görə, "iPhone 7 Plus" ən güclü "iOS" qurğusudur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində