Bakı. 23 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokunda 7 medal qazanmış Azərbaycan cüdoçuları Bakıya qayıdıblar.
"Report"un məlumatına görə, 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanan və komanda hesabında 1-ci olan yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş qarşılayıb.
Qeyd edək ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıb.