Gürcüstan prezidenti Azərbaycana gələcək - Məqsəd...

Gürcüstan prezidenti Azərbaycana gələcək - Məqsəd...
10:47 23 Fevral 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

DİDK-nın dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcəklər. "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR