"Real" rekordunu yeniləyib, "Barselona"ya yaxınlaşdı

"Real" rekordunu yeniləyib, "Barselona"ya yaxınlaşdı
12:12 23 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ı yeni rekord müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" buna ardıcıl 43 matçda qol vurmaqla nail olub.

Belə ki, İspaniya Primerosunun XVI turundan təxirə salınmış qarşılaşmada 1:2 hesabı ilə məğlub olan madridlilər bununla ardıcıl 43-cü görüşdə rəqib qapısına yol tapıblar. Klub rekordunu yeniləyən İspaniya nəhəngi sonuncu dəfə ötən il, aprelin 26-da Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə görüşdə fərqlənə bilməyib (0:0). Həmin vaxtdan bəri Zinəddin Zidanın yetirmələri 114 qol vurublar.
 
İspaniyada rekord isə "Barselona"ya məxsusdur. Kataloniyalılar 1942-43 və 1943-44 mövsümlərində ardıcıl 44 dəfə fərqləniblər. "Kral klubu" daha bir görüşdə rəqibi mərkəzə dəvət etməyi bacarsa, əzəli rəqibinin rekordunu təkrarlayacaq.
 
Qeyd edək ki, İspaniya La Liqasında 23 turdan sonra "Real" turnir cədvəlinə başçılıq edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı