Bakı. 23 fevral. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Kürdəmir rayonunda vətəndaşları qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olub.
Qəbulda Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər.
Qəbulda ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılan vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb, nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.