"Bizim cəmiyyətdə inəyə yiyələnmək qızı evdə saxlamaqdan daha yaxşıdır. Nə edək ki, bizdə inəyə qızdan çox qiymət verilir. Yeganə qızımdır, ərə verirəm. Olsun. 3 oğlum var, ona görə də onlar evlənəndən sonra evimizdə yenə qızlar olacaq".
Kiratu Maaona belə deyir. O, 13 yaşlı Lisunun anasıdır.
Lisu Tanzaniyanın şimalında yaşayan masay qəbiləsinin mənsublarından biridir.
Milli.Az ABC-yə istinadən bildirir ki, valideynləri onu 58 yaşlı kişiyə ərə veriblər.
Tanzaniya qanunvericiliyi yetkinlik yaşına çatmayan qızların ərə verilməsini qəti qadağan edir. Yetkinlik yaşına çatmamış qızla evlənən şəxsi 30 illik həbs gözləyir. Lakin kəndlərdə azyaşlı qızların ərə verilməsi adi haldır.
Lisunun atası 58 yaşlı bəylə sövdələşib.
Lisunun gələcək əri Araivt elçilik zamanı deyib: "Sənə bu qıza görə 10 inək verəcəyəm. 7 inək indi, 3 inək sonra. Qızın babasına da bir keçi hədiyyə edirəm".
Ötən il Tanzaniyada yetkinlik yaşına çatmamış 2456 qız ərə verilib.
Bu faktlarla bağlı cəmi 24 nəfər həbs olunub.
Lisu toy günü ağlayaraq deyib: "Atamla anama mən yox, inəklər gərəkdir".
Tanzaniyanın kəndlərində təhsil almış, oxuyub-yazmağı bilən qızların "qiymət"i azalır.
Lisunun atası Saakun deyib: "Qızım da məktəbdə oxuyur. O, məktəbi qurtarsaydı, qızıma görə cəmi 2-3 inək verəcəkdilər. Oxumuş qızların qiyməti azdır".
Lakin 47 yaşlı Msvati Nbunu qızını erkən yaşda ərə verməyib.
"Qızım 10 yaşına çatanda ona elçilər gəlməyə başladılar. Hamısına yox dedim. Qızımı oxutdum. İndi polisdə işləyir. Yeni ev tikirəm. Kimin hesabına?! Məndə o qədər pul yoxdur. Qızım yaxşı maaş alır, mənə də yardım edir. Onun köməyi hesabına bax bu evi tikirəm", - M.Nbunu deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində