Lionel Messi: "PSJ ilə oyunu xatırlamıram"

Lionel Messi: "PSJ ilə oyunu xatırlamıram"
14:17 23 Fevral 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Lionel Messi Misirin paytaxtı Qahirə şəhərinə yollanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun səfərdə məqsədi Hepatit C virusunun insan sağlamlığına vurduğu ziyanı dünyaya çatdırmaq olub.

Səfər zamanı mətbuat konfransı təşkil edən Messi bu ölkəni çox bəyəndiyini söyləyib: "Misirə ikinci dəfədir gəlirəm. Vaxt çox tez keçir. Zaman məhdudiyyətinə görə bu ölkənin gözəlliklərindən ürəyim istəyən qədər faydalana bilmədim. Məktəbdə oxuyanda Misir piramidaları haqda bəzi məlumatlar əldə etmişdim. Onları canlı görmək möhtəşəmdi".
 
Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçirilən ilk oyunla bağlı sualı da cavablandıran 30 yaşlı oyunçu 0:4 hesablı məğlubiyyəti unutduğunu deyib: "PSJ-yə məğlubiyyət? Mən bunu artıq xatırlamıram".
 
Qeyd edək ki, "Barselona" ilə PSJ arasında cavab oyunu martın 8-də "Kamp Nou"da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR