Gömrükdə ŞÜBHƏLİ ÇANTA aşkar edildi - FOTO

Gömrükdə ŞÜBHƏLİ ÇANTA aşkar edildi - FOTO
16:37 23 Fevral 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükdə çamadanın qulpunda gizlədilən narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İsmayılov Elvin Neymət oğlunun çamadanı "Heimann X-Ray" rentgen yük-yoxlama qurğusundan keçirilən zaman monitorda çamadanın metal tutacağının içərisində şübhəli predmetlərin təsviri görünüb. Təkrar baxış nəticəsində isə şübhəli predmetlərin psixotrop maddə və narkotik vasitələr olduğu müəyyən edilib.

Beləliklə, gömrük əməkdaşları çamadanın metal tutacağının içərisində 8 ədəd bükümdə xalis çəkisi 101,732 qram olan metamfetamin, 2 ədəd bükümdə xalis çəkisi 10,217 qram olan qurudulmuş marixuana, 2 ədəd bükümdə xalis çəkisi 37,024 qram olan tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 15,123 qram olan həşiş qətranını aşkara çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR