Xorvatiyalı nazir: "Gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq"

Xorvatiyalı nazir: "Gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq"
17:37 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Bu gün biz Azərbaycanla futbol meydançasında birgəyiksə, inanıram ki, gələcəkdə qaz sahəsində də birgə addımlar atacağıq". "Report" xəbər verir ki bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi" (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç deyib.
Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç isə çıxışında qeyd edib ki, təmsil etdiyi ölkə SGC-yə böyük maraq göstərir: "Biz - Xorvatiya, Monteneqro, Bolqarıstan və Bosniya və Herseqovinanın nümayəndələri burada iştirak etməklə göstərdik ki, SGC-nin tamamlanmasında və genişlənməsində maraqlıyıq".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/xorvatiyali-nazir-gelecekde-qaz-sahesinde-de-birge-addimlar-atacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR