"Qəbələ"nin futblçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda, "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub. Klubdan verilə məlumata görə ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Elvin premyer-liqanın 18-ci turunda turu çərçivəsində "Zirə” ilə keçirilən səfər oyununda (2:2) zədələnmişdi. Doktor Barış Kocaoğlu tərəfindən baş tutan müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.
Fanat.Az