Bakı. 24 fevral. REPORT.AZ/ Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
"Report"un məlumatına görə, baş tutan 13 matçdan sonra 1/8 finalçıların hamısı müəyyənləşib.
Yalnız "Şaxtyor"la "Selta"nın duelində ümumi hesab bərabər olduğundan, cütün taleyinə əlavə vaxtda aydınlıq gəlib. İspanlar son dəqiqədə vurduğu qolla mübarizəni əlavə 30 dəqiqəyə apararaq orada artıq qələbə topunu vurmağa müvəffəq olub.
Beləliklə, bir gün öncə bu vəsiqəyə nail olan "Krasnodar”, "Şalke” və "Mançester Yunayted”ə "Selta", "Olimpiakos”, "Ayaks”, APOEL, "Roma”, "Beşiktaş”, "Anderlext”, "Kopenhagen”, "Borussiya”, "Genk”, "Lion”, "Rostov” və "Genk” qoşulub.
Türkiyənin türnirdəki təmsilçilərindən "Fənərbağça”nın ardınca "Osmanlıspor” da mübarizəni dayandırıb. İndi qardaş ölkənin avrokuboklarda qalan yeganə təmsilçisi "Beşiktaş”dır.
"Qəbələ”nin yer aldığı qrupdan 2-ci yerlə çıxan "Anderlext” "Zenit”lə matçda son dəqiqədə vurduğu səfər qolu sayəsində mərhələ adlayıb. "Qarabağ”ın qrupunun lideri olmuş "Fionerinta” isə səfərdə 1:0 hesabı ilə qalib gəldiyi "Borussiya” ilə ev matçında 2:0 hesabda irəlidə olsa da, sonradan 17 dəqiqəyə buraxdığı 4 qolla gözlənilmədən uduzub və mübarizəni dayandırıb. Turnirn favoritlərindən sayılan "Tottenhem”in mübarizəni dayandırması da diqqətiçəkən olub.
Avropa Liqası
1/16 final mərhələsi, cavab oyunları
23 fevral
20:00. "Osmanlıspor” (Türkiyə) – "Olimpiakos” (Yunanıstan) - 0:3
Qollar: Kərim Ənsərifard, 47, 87, Tarik Elyunussi, 70
Baş hakim: İştvan Vod (Macarıstan)
İlk oyun – 0:0
22:00 "Ayaks” (Hollandiya) – "Legiya” (Polşa) - 1:0
Qol: Nik Vergever, 49
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 0:0
22:00 APOEL (Kipr) – "Atletik” (İspaniya) - 2:0
Qollar: Pyeros Soterio, 49, Cannis Canniotas, 54
Qırmızı vərəqələr: Pyeros Soterio (APOEL, ikinci sarı), 65, Ander İlturraspe, 90+1 ("Atletik", ikinci sarı)
Baş hakim: Vladislav Bezborodov (Rusiya)
İlk oyun – 2:3
22:00 "Roma” (İtaliya) – "Vilyareal” (İspaniya) - 0:1
Qol: Rafael Borre, 16
Qırmızı vərəqə: Antonio Rudiger, 81 ("Roma", ikinci sarı)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun – 4:0
22:00 "Beşiktaş” (Türkiyə) – "Hapoel” (Beer-Şeva, İsrail) - 2:1
Qollar: Vinsent Abubakar, 16, Cenk Tosun, 87 - Entoni Nvakayeme, 64
Baş hakim: Matey Yuq (Sloveniya)
İlk oyun – 3:1
22:00 "Zenit” (Rusiya) – "Anderlext” (Belçika) - 3:1
Qollar: Juliano, 24, 78, Artyom Dzyuba, 72 - İsaak Telin, 89
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun – 0:2
00:05 "Kopenhagen” (Danimarka) – "Ludoqorets” (Bolqarıstan) - 0:0
Baş hakim: Miroslav Zelinka (Çexiya)
İlk oyun – 2:1
00:05 "Fiorentina” (İtaliya) – "Borussiya” (Münhenqladbah, Almaniya) - 2:4
Qollar: Nikola Kaliniç, 16, Borxa Valero, 29 - Lars Stindl, 43-pen, 47, 55, Andreas Kristensen, 60
Baş hakim: Artur Diaş (Portuqaliya)
İlk oyun – 1:0
00:05 "Genk” (Belçika) – "Astra” (Rumıniya) - 1:0
Qol: Alejandro Pouelo, 67
Baş hakim: Sərdar Gözübüyük (Hollandiya)
İlk oyun – 2:2
00:05 "Lion” (Fransa) – "Alkmaar” (Hollandiya) - 7:1
Qollar: Nabil Fekir, 5; 27, 78, Maksvel Kornet, 17, Seyri Darder, 34, Hussem Auar, 87, Muxtar Dyakhabi, 90 - Levi Qarsia, 26
Baş hakim: Aleksey Kulbakov (Belarus)
İlk oyun – 4:1
00:05 "Şaxtyor” (Ukrayna) – "Selta” (İspaniya) - 0:2
Qollar: Yaqo Aspas, 90, Qustavo Kabral, 110
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:0
00:05 "Sparta” (Çexiya) – "Rostov” (Rusiya) - 1:1
Qollar: Vyaçeslav Karavayev, 84 - Dmitri Poloz, 13
Qırmızı vərəqə: Namoynesu Kosta, 67 ("Sparta", ikinci sarı)
Baş hakim: Hüseyin Göçek
İlk oyun – 0:4
00:05 "Tottenhem” (İngiltərə) – "Gent” (Belçika) - 2:2
Qollar: Kristian Eriksen, 10, Viktor Vanyama, 61 - Harri Keyn, 20-öz qapısına, Ceremi Perbet, 82
Qırmızı vərəqə: Dele Alli, 40 ("Tottenhem", birbaşa)
Baş hakim: Manuel de Souza (Portuqaliya)
İlk oyun – 0:1
Qeyd edək ki, turnriin 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.