Bakı. 24 fevral. REPORT.AZ/ Zambiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ-ın Geologiya Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin Konqo Demokratik Respublikası və Tanzaniya ilə sərhədində qeydə alınıb. Yerli vaxtla saat 00:32-də baş vermiş zəlzələnin episentri Kaput yaşayış məntəqəsindən 41 kilometr şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barəsində məlumat yoxdur.