Zambiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələ Konqo Demokratik Respublikası və Tanzaniya ilə sərhəddə qeydə alınıb.
Yeraltı təkanların episentri Kaputa yaşayış sahəsindən 41 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Milli.Az