Nyonda kor püşk

Nyonda kor püşk
10:05 24 Fevral 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə 1/16 finalı uğurla adlayanlar 8 cütlük təşkil edəcək. Bu mərhələnin püşkü zamanı səbətlər olmayacaq. Həmçinin eyni ölkə təmsilçiləri və bir qrupda münasibətlərini müəyyənləşdirmiş komandalar artıq qarşılaşa bilər. Bir sözlə, Nyonda kor püşk atılacaq.
 
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları 16-da baş tutacaq.
 
Avropa Liqası
1/8 final
"Ayaks" (Hollandiya)
"Anderlext" (Belçika)
APOEL (Kipr)
"Beşiktaş" (Türkiyə)
"Selta" (İspaniya)
"Genk" (Belçika)
"Gent" (Belçika) 
"Kopenhagen" (Danimarka)
"Krasnodar" (Rusiya)
"Lion" (Fransa)
"Mançester Yunayted" (İngiltərə)
"Borussiya" (M, Almaniya)
"Olimpiakos" (Yunanıstan)
"Roma" (İtaliya)
"Rostov" (Rusiya)
"Şalke" (Almaniya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR