x
Loading...

Premyer Liqa klubunun baş məşqçi postuna ilk namizəd

Premyer Liqa klubunun baş məşqçi postuna ilk namizəd
11:05 24 Fevral 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Klaudio Ranyeri ilə yollarını ayıran "Lester" baş məşqçi axtarışlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqa çempionunu çalışdırmağa ilk namizəd bəllidir.

Bu, mövsümün əvvəlində "İnter"dən istefaya göndərilən Roberto Mançinidir. İngiltərə çempionatı italiyalı mütəxəssis üçün yad deyil. Belə ki, o, 2009-2013-cü illərdə "Mançester Siti"ni çalışdırıb.
 
Qeyd edək ki, Premyer Liqada 25 turdan sonra 17-ci pillədə qərarlaşan "Lester" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə "Sevilya"ya səfərdə 1:2 hesabı ilə məğlub olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR