x
Loading...

“Putinin əməliyyatı iflas oldu, agentura şəbəkəsi dağıdıldı” - Ağ Evin tutulması PLANI

“Putinin əməliyyatı iflas oldu, agentura şəbəkəsi dağıdıldı” - Ağ Evin tutulması PLANI
15:53 24 Fevral 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə bəyanatı sübut edir ki, Ağ Evin tutulması üzrə Kremlin əməliyyatı uğursuz olub”.

Publika.az xəbər verir ki, bunu Rusiya politoloqu Andrey Piontkovski Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Politoloq ABŞ prezidentinin nüvə silahları ilə bağlı bir-birinə zidd olan bəyanatlarını yada salıb:

“Tramp əvvəlcə - öz inaqurasiyasına qədər Rusiya prezidenti Vladimir Putinə meylli idi. Deyirdi ki, Rusiya ilə münasibətləri qaydaya salmaq lazımdır və bu halda nüvə silahlarının ixtisarını birlikdə davam edə bilərik. İnaqurasiyadan sonra Putin ona zəng vurdu və Dmitri Medvedevlə Barak Obama tərəfindən bağlanmış strateji hücum silahlanlarının ixtisarı haqqında müqaviləni uzatmağı təklif etdi. Tramp dedi ki, bunu ABŞ üçün çox zərərli hesab edir. Və nəhayət, o, dünən bildirdi ki, Birləşmiş Ştatların nüvə arsenalını artıracaq”.

Andrey Piontkovskinin fikrincə, bundan iki nəticə çıxarmaq olar:

“Birincisi, Tramp nüvə məsələlərində heç nə anlamır və onda bu məsələdə heç bir dəqiq fikir yoxdur. Əks halda, o üç fərqli fikirlə çıxış etməzdi. İkincisi, anti-Putin ritorikası açıq-aydın artır. Bu yalnız nüvə deyil, həm də başqa məsələlərə aiddir. Ağ Evin tutulması üzrə Kremlin bütün əməliyyatı dağılıb, agenturası ifşa edilib və zərərsizləşdirilib”.

Xatırladaq ki, ABŞ prezidenti “Reuters” agentliyinə müsahibəsində Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib. Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR