Bir çox insan qarın bölgəsindəki artıq yağlardan əziyyət çəkir. Bu problemdən qurtulmaq üçün müxtəlif yollar axtarır, günlərlə ac qalırlar. Ancaq cəmi 2 dəqiqənizi alacaq bu masajı etsəniz, artıq çəki probleminiz qalmayacaq.

Metbuat.az Türkiyə mətbuatına istinadən, 2 dəqiqəlik qarın əritmə masajını təqdim edir:

1. Düz bir yerə bel üstə uzanın.

2. Əllərinizi isidənə qədər bir-birinə sürtün.

3. Əllərinizdən birini göbək dəliyinizin ətrafında masaj edin.

4. Kiçik, dairəvi hərəkətlərlə dəliyin çevrəsini masaj edin. Getdikcə dairələri böyüdün. Hər dairə 1-2 saniyənizi almalıdır.

5. Qarın bölgənizdə isinmə hiss edəcəksiniz.

6. 2 dəqiqə bu masajı etməyə davam edin.

Bu hərəkəti səhər yeməyindən öncə və gecə yatmazdan əvvəl tətbiq edin. 2 dəqiqəlik masaj üsulu sadəcə qarın yağlarını əritməyəcək, həmçinin maddələr mübadiləsini hərəkətləndirəcək, qan dövranını artıracaq və həzm sistemini sürətləndirəcək.
Əgər hamiləsinizsə, bağırsağınızda və ya mədənizdə yara varsa, bu idmandan uzaq durmalısınız.

Aysel Yaqubqızı / Metbuat.az