“Microsoft” şirkətinin yeni texnologiyası proqramçıları işsiz qoyacaq?

“Microsoft” şirkətinin yeni texnologiyası proqramçıları işsiz qoyacaq?
16:35 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Microsoft” korporasiyası Kembric Universiteti ilə birgə “DeepCoder” adlı proqram təminatını hazırlayır. İnteqrasiya edilmiş süni intellekt hazırlanan proqram təminatının təsviri ilə işləyə və böyük həcmli məlumat bazaları arasından uyğun kodu axtara bilir. “DeepCoder” açıq girişdə əlçatan olan məlumat bazalarından uyğun işlək kod hissələrini götürməklə bir neçə saniyə ərzində şəxsi alqoritmini tərtib edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “proqram kodu yazmaq prosesinin avtomatlaşdırılması potensialı sadəcə inanılmazdır. Bu, kodun yazılması üçün tələb olunan böyük səylərin azalması deməkdir –  Massaçusets Texnologiya İnstitutundan Armando Solar-Lezama deyib. Belə sistem istənilən insandan daha məhsuldar işləyəcək. Bundan başqa, əvvəllər yaradılması mümkün olmayan sistemlər reallaşdırılacaq”.

“DeepCoder” mənbə kodunda hansı kombinasiyaların işləyib-işləməməsini  yoxlayır, həm də kodun hissələri üzrə seçim keyfiyyəti hər dəfə yaxşılaşır. “DeepCoder” saniyələr ərzində işləyən proqramlar yaradır, halbuki köhnə sistemlər kod sətirlərinin müxtəlif kombinasiyalarını yoxlamaqla buna bir neçə dəqiqə sərf edirlər. Beləliklə, “Microsoft” şirkətinin yeni həlli daha "ağıllı" və qabaqcıl platformadır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46294-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı