“ABŞ öz saatını sakitcə gözləməlidir” - Putinin “nüvə” PROBLEMİ

“ABŞ öz saatını sakitcə gözləməlidir” - Putinin “nüvə” PROBLEMİ
19:33 24 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

“Bu gün Rusiyada nüvə güclərinin müasirləşdirilməsi ilə bağlı böyük problemlər var. Buna görə də ABŞ öz saatını sakitcə gözləyə bilər”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə açıqlamasında Ukraynanın ABŞ-da səfirliyinin sabiq əməkdaşı, ABŞ üzrə ekspert Aleksandr Potexin deyib.

“Rusiya üçün nüvə silahı kralların son arqumentidir. Rusiya-Amerika danışıqlarının gündəliyi son dərəcə dardır. Bu, Suriya və nüvə silahı mövzularıdır. Biz istəyərdik ki, burada Avropada təhlükəsizlik məsələsi də olsun, amma hələ ki, bunun üçün əsas yoxdur. Moskva ABŞ-ı ittiham edəcək ki, onlar müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Amerikalılar da həmçinin eyni ittihamları səsləndirəcəklər”, - ABŞ üzrə ekspert söyləyib.

Potexinin fikrincə, ABŞ öz saatını sakitcə gözləməlidir, çünki Rusiyada nüvə güclərinin müasirləşdirilməsi ilə bağlı böyük problemlər var: “Rusiyada nüvə daşıyıcıları ilə bağlı böyük problemlər var. Biz bilirik ki, onlar daşıyıcıların bir neçə yeni modelini yaradıblar və onlardan heç biri özünü etibarlı göstərmədi”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə müsahibəsində Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib. Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib. Amma bu ölkənin Rusiya olduğu şübhəsizdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR