Kloppdan Ranyeri şərhi: "Tramp və "Brexit" kimi qəribədi"

Kloppdan Ranyeri şərhi:   "Tramp və "Brexit" kimi qəribədi"
21:57 24 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Lester"in Klaudio Ranyerini istefaya göndərməsinə münasibət bildirib. Fanat.Az xəbər verir ki, alman mütəxəssis bu qərara anlam verə bilmədiyini deyib.


Goal.com-a açıqlama verən Klopp "Dünən gecə eşitdim bu qərarı. Açığı bu məni çox təəccübləndirdi. Yox, bu sadəcə futbol deyil. Mənim üçün 2016-2017-ci illərdə yaşananlar və verilən bəzi qərarlar həqiqətən çox qəribədir. "Brexit", Donald Tramp, Ranyeri kimi.... Əlbətdə baş verən hər şeyə anlam verə bilməməyim normaldır. Amma "Lester" niyə belə qərar verdi, anlaya bilmirəm" deyib.


Klopp Ranyeri ilə "Borussiya"da (Dortmund) çalışdığı dönəmdə tanış olduğunu bildirib: "O, həqiqətən çox özəl və yaxşı insandı. "Borussiya"da işləyərkən məni ziyarət etməyə gəlmişdi və həmin vaxt tanış olduq. Aramızda maraqlı söhbət olmuşdu. O, həqiqətən möhtəşəm insandı. Bu qərarın niyə verildiyini bilmək istəyirsinizsə, "Lester"in mətbuat konfransına qatılaraq onlara sual verin".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kloppdan-ranyeri-rhi-t56516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR