Rusiya BMT TŞ-də Suriyanın əleyhinə olan qətnaməyə veto qoyacaq

Rusiya BMT TŞ-də Suriyanın əleyhinə olan qətnaməyə veto qoyacaq
00:47 25 Fevral 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiya BMT Təhlükəsizlik Şurasının kimyəvi hücumda ittiham olunan Suriyaya qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamə layihəsinə veto qoyacaq.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkova istinadən "Reuters" məlumat yayıb.
"Belə bir fikir var ki, qətnamənin özü araşdırma bitənədək əsas təqsirsizlik prezumpsiyası prinsipinə ziddir", - deyə o bildirib.
Safronkovun sözlərinə görə, Rusiya səsvermədə iştirak edərsə, bu sənədə veto qoyacaq.
Qətnamə gələn həftə səsverməyə çıxarıla bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-bmt-ts-nin-suriya-ile-bagli-qetnamesine-veto-qoyacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı