Mac proqramlarında problemlər yarandı

Mac proqramlarında problemlər yarandı
08:12 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Apple" şirkətinin "Mac" fərdi kompüter istifadəçiləri son vaxtlar bu platforma üçün bir neçə əlavənin işində fasilələrin yaranması halları ilə qarşılaşmağa başlayıblar. Qeyri-sabit işin sertifikasiya siyasətinin dəyişməsi nəticəsində baş verməsi ehtimal olunur.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "1Password", "PDFPen" və "Soulver" əlavələrinin istifadəçiləri proqram təminatının stabil işləməməsindən şikayət edərək proqramlar işə salınan zaman tərtibatçıların rəsmi saytlarından yükləmədən sonra əlavələrin yoxa çıxmasını qeyd edirlər. İstifadəçilərin şikayətinə proqram yaradıcıları reaksiya verərək səhvlərə səbəb kimi sertifikatların köhnəlməsini göstəriblər.

Məlumata görə, əlavə tərtibatçıları istifadə olunan proqram təminatının təhlükəsizliyini təsdiq edən rəqəmli imzaları vaxtında yeniləməyiblər. Əvvəllər belə səhv məhsulların işinə təsir göstərməsə də, "Apple" şirkətinin sertifikasiyalaşdırma siyasətinin dəyişməsindən sonra köhnə imzalı əlavələri şirkətin qurğularında işə salmaq qeyri-mümkün olub.

Problemin həlli üçün istifadəçilərə tərtibatçıların saytında lazımi proqram üçün sonuncu yenilənməni yükləmək tövsiyə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı