Braziliya millisi yayda iki yoldaşlıq oyunu keçirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sambaçılar" Avstraliya və Argentina milli komandaları ilə qüvvəsini sınayacaq. Hər iki görüş Melburnda baş tutacaq. Avstraliya ilə oyun iyunun 13-ü keçiriləcək. Bundan 4 gün sonra komanda Argentina ilə qarşılaşacaq.
Qeyd edək ki, Tite baş məşqçi təyin olunandan bəri Braziliya məğlubiyyətin nə olduğunu bilmir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində