Premyer Liqanın XX turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına start verən "Zirə" ciddi itkilərlə üzləşib.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun komandasının aparıcı üzvlərindən olan Anar Nəzirov cəza, müdafiəçi Akim Latifu isə "İnter"lə oyunda aldığı zədə üzündən matçı buraxmalı olacaq. Bundan əlavə məşqçilər korpusu zədədən yeni qayıdan Ben Sanqarı da meydana buraxmağa risk etmir.
Qeyd edək ki, Zirə İdman Kompleksində baş tutacaq "Zirə" - "Sumqayıt" matçının start fiti fevralın 27-də saat 18.00-da səsləndiriləcək.
Fanat.Az